Əlaqə Arxiv
news Image
2015.09.15
16:35
| A A A
ADAU-nun rektoru İbrahim Cəfərov Belçika və İngiltərəyə göndərilən tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belçika və İngiltərəyə təcrübəyə yola düşən tələbələrlə görüşüb. Tələbələrə uğurlar arzulayan rektor ölkənin kənd təsərrüfatının yüksək ixtisaslı, o cümlədən aqrar mühəndis kadrlara olan tələbatının lazımi səviyyədə ödənilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, tələbələrin respublikamızda fəaliyyət göstərən aparıcı şirkətlərlə yanaşı dünyanın aparıcı təhsil və istehsalat müəssisələrində təcrübələri təşkil olunur. 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan "Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə tələbələr New Holland texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Bu isə, öz növbəsində, Aqrolizinq ASC-nin xətti ilə ölkəmizə gətirilən texnikaların yüksək səviyyədə istismarına xidmət göstərə bilən kadrların hazırlanmasına töhfəsini verəcəkdir.


ADAU-nun mətbuat xidmətindən bizə daxil olan məlumata görə tələbələr çıxış edərək onların praktiki biliklərinin inkişaf etdirilməsi üçün göstərilən bu dəstəyə görə rektora dərin təşəkkürlərini və yaradılmış imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.


Sizin Reklam Yeriniz