Əlaqə Arxiv
news Image
2015.09.15
18:24
| A A A
ADNSU –da “Bilik Günü”

15 sentyabr Azərbaycanda "Bilik günü"dür. Bu əlamətdar tarix respublikamızın bütün ali və ümumtəhsil məktəblərində xüsusi bayram tədbiri kimi qeyd olunur. Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də (ADNSU) bu təntənəyə qoşuldu. ADNSU tədris ilinin başlanğıcını professor-müəllim heyəti, fəxri qonaqlar və tələbə adını yeni qazanmış gənclərin iştirakı ilə qeyd etdi. Başda ADNSU-nin rektoru professor Mustafa Babanlı olmaqla və fəxri qonaqlar SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova və digər tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül çələngi və çiçəklər qoydular. Tədbir akt zalında Azərbaycan Dövlət himninin səslənməsi ilə davam etdi. 

Bayram tədbirini giriş sözü ilə açan rektor qonaqları və tədbir iştirakçılarını salamladı, hər kəsi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Fəxri qonaqlarımız X.Yusifzadə və M.Həsənova öz növbəsində yeni tədris ilində universitetə və onun bütün əməkdaşlarına səmimi arzularını çatdırdılar. Yüksək bal toplamış, İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin 1-ci kurs tələbəsi Zaur Şahverdiyev, eləcə də həmin fakültənin I kurs tələbəsi Gülnar Ramazanlının atası - ADNSU -nun məzunu, "Azərişıq" ASC-in baş mühasibi Cabbar Ramazanov da təbriklərə qoşuldular. 

Tədbirin sonunda universitetə yüksək balla daxil olmuş tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim olunmaqla 690 bal toplamış tələbəyə nootbuk, 650 –dən artıq bal toplamış tələbələrə isə mobil telefon və digər hədiyyələr təqdim edildi. Bununla yanaşı Unversitetdə uzun illər çalışan öz biliyi, təcrübələri ilə təhsil və elmdə layiqli sözünü demiş 4 müəllimə rektor tərəfindən hədiyyələr verilməklə onlara xüsusi hörmət və ehtiram göstərildi.


Sizin Reklam Yeriniz