Əlaqə Arxiv
news Image
2015.09.16
14:39
| A A A
Sabah leysan yağışlar olacaq
Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.


Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.


Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.


Sizin Reklam Yeriniz