Əlaqə Arxiv
news Image
2015.09.16
14:43
| A A A
Qaçqınların yeni rotası Xorvatiya

Movqe.az-ın məlumatına görə, Suriyalı qaçqınlar Macarıstan sərhəddinin bağlamasının ardından qərbi və şimali avropaya irəliləmək üçün alternativ yollar axtarır.

Xorvatiyada bu səbəblə hazırlıqlar başlayıb. Macarıstanın Serbiya sərhədini bağlamasından sonra minlərlə qaçqının avropanın qərb və şimalına gedən yolu kəsilib. Serbiya tərəfində qalan minlərlə sığınacaq axtaran şəxs istiqamətini Xorvatiyaya çevirib.

Qaçqınları daşıyan avtobusun Serbiyanın sərhəd şəhəri Sidə səhər saatlarında çatdığı bildirilib. Qaçqınların təxminən 500 kilometr uzaqlıqdakı Makedoniya sərhədindən avtobusa mindikləri bildirilib. Bəzi qaçqınların Sidə çatdıqdan sonra, yeriyərək Xorvatiyaya keçməyə çalışdıqları deyilir.

Xorvatiyada ola biləcək qaçqın axınına qarşı hazırlıq edilib. "Serbiya sərhədində təxminən 6 min polis vəzifələndirilib və gələcək qaçqınları qeydiyyat altına alacağıq" deyə çıxış edən xorvat orqanlarının, keçid ölkəsi olaraq hazırlaşdıqları qeyd edilib.

Serbiya sərhədini bağlayan Macarıstan, yeni qanuni aktlarını dünən qüvvəyə mindirib. Buna görə, sərhəddi keçməyə çalışanlar nəzarətə alınacaq və 3 ilə qədər həbs cəzası ilə hakim qarşısına çıxardılacaq. Qanunda sərhədə zərər verənlərin həbs cəzalarının isə 5 ilə qədər yüksəldilməsi nəzərdə tutulub.

Sərhədin bağlanmasından sonra Serbiya tərəfində təxminən 300 qaçqın qalıb. Uşağı ilə birlikdə sərhəddən keçə bilməyən bir əfqan "Niyə bunu edirlər?" deyə soruşarkən, 17 yaşındakı başqa bir əfqan da pis bir gecə keçirdiklərini ifadə edərək "Xüsusilə kiçik körpələri olan ailələr üçün soyuq bir gecə idi" deyib.

Sizin Reklam Yeriniz