Ötən ay Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 101 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, avqustayında21 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 11 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 16 iş istintaq orqanlarına təhvil verilib. Həmçinin, keçən ay 233 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan dördünün nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 202 nümunədən birində mənfi nəticə əldə edilib".
İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 676 yaxma nümunəsi götürülüb ki, bunlarda 14 mikrobioloji çirklənmə aşkar olunub.