Əlaqə Arxiv
news Image
2015.09.17
13:10
| A A A
Baş həkim: Bakı-Sumqayıt yolunda sərnişin mikroavtobusunun qəzası nəticəsində iki gənc ölüb, 10 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB 3)

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.


Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.


Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölənlər və yaralananlar var.


Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.


Hadisə yerində araşdırmalar aparılır.


XXX


Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hazırda tibbi yardım briqadaları hadisə yerindədir.


İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.


XXX


Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.


Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.


XXX


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.


Daha bir nəfər ağır yaralı-qadın xəstəxanada dünyasını dəyişib.

Sizin Reklam Yeriniz