Əlaqə Arxiv
news Image
2015.09.18
12:56
| A A A
Səhiyyə Nazirliyi dərmanların vahid qiymətə satılması ilə bağlı apteklərdə yaranan problemlərə aydınlıq gətirib

Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev dərmanların vahid qiymətə satılması ilə bağlı apteklərdə yaranan bəzi problemlərə münasibət bildirib.


Movqe.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı bəzi problemlərin olduğunu deyib: "Sözsüz ki, işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyyən qədər problemlər var. Satışda qiyməti düzgün göstərilməyən, ölkədə qeydiyyatdan keçməyən dərman preparatları var. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq".


Gələn ilin ortalarına qədər ölkədə satışa çıxarılan bütün dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini deyən E.Ağayev qeyd edib ki, ölkə rəhbərinin tapşırığı ilə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır: "Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, Tarif Şurası qiymətlərin qoyulması üçün təlimat hazırlayıb. Artıq 25 təsiredici maddə üzrə 1057 dərmanın qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib".

Sizin Reklam Yeriniz