Əlaqə Arxiv
news Image
2015.09.19
18:00
| A A A
Azərbaycanda hava necə olacaq?
İstirahət günü Bakıda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 20-də Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda isə gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 20-də səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var, Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Rayonlarda havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz