Məkkədə dağ uçdu, hadisə nəticəsində bir nəfər
dünyasını dəyişdi, hələ də dağıntılar altında qalanlar var.
Zəvvarların Həcc ziyarətiniyerinə yetirdiyi bir
vaxtda müqəddəs torpaqlarda baş verən bu hadisədə insanlar arasında
xəsarət alanlar oldumu? Onların arasında azərbaycanlı zəvvarlar
varmı?
ANS TV-nin məlumatına görə, Məkkədə ölümlə nəticələn daha bir hadisə baş verib. Belə ki, gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub.Uçqun zamanı mehmanxananın divarları tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib, hələ də dağıntılar altında qalanlar var.Hazırda dağıntılar altında qalan zəvvarların çıxarılması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, bu vaxta qədər iki nəfər
zəvvardağıntılar altında çıxarılıb. Həmin zəvvarlar arasında
azərbaycanlı zəvvarlar yoxdur.
Artıq Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə
gələn zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə
qarşılaşırlar.
Əvvəlcə qaldırıçı kranın aşması və 107 nəfərin ölümü, 180 nəfərin yaralanmasına səbəb oldu. Daha sonra zəvvarların qaldığı mehmanxanaların birinin 7-ci mərtəbəsində yanğın baş verdi. Yanğın zamanı daha 3 nəfər zəvvar dünyasını dəyişdi. Sonuncu hadisədə isə bir nəfər zəvvarın ölümü ilə nəticələn dağ uçqunu baş verdi.