Əlaqə Arxiv
news Image
2015.09.21
12:55
| A A A
Azərbaycanın 2 rayonunda Əmək yarmarkaları keçiriləcək

Bu həftə Azərbaycanın 2 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları təşkil olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək yarmarkaları sentyabrın 22-də Zərdab, sentyabrın 23-də Qəbələ rayonlarında keçiriləcək. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.


Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti Azərbaycanın 43 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 3337 nəfərə boş iş yerlərinə göndəriş verilib, 377 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 179 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Sizin Reklam Yeriniz