Əlaqə Arxiv
news Image
2015.09.21
13:10
| A A A
Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat katibi işdən çıxarıldı
Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova vəzifəsindən azad olunub.

 Bu barədə keçmiş şöbə müdiri sosial şəbəkədə yazıb.

"Əziz dostlar, son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün "Facebook"un imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyəti şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm. Hamınıza sonsuz təşəkkürlər!"


Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Binəqədi rayon icra başçısının bir neçə müavinini, qurumun şöbə müdirlərini vəzifəsindən azad etməsilə bağlı xəbər yayılmışdıMəlumatda qeyd olunur ki, sentyabrın 16-sı axşam saatlarında icra hakimiyyətində iclas olub və bir neçə vəzifəli şəxs fəaliyyətlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunub və daha bir neçə nəfərə töhmət verilib. İcra hakimiyyətinin əməkdaşlarından bəzilərinə isə xəbərdarlıq olunub.

Sizin Reklam Yeriniz