Əlaqə Arxiv
news Image
2015.09.21
14:35
| A A A
Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatda 85 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "nurçu"lara qarşı keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. Məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində "Nurçu" dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.

Sizin Reklam Yeriniz