Əlaqə Arxiv
news Image
2015.09.21
20:00
| A A A
Bakıda 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək

21-24 oktyabr tarixində Bakıda Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri – "BakuBuild-2015" 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək.


"Xəzər İnşaat Həftəsi"nin başlanğıcını bildirən bu sərgi müxtəlif ölkələri təmsil edən bir çox mütəxəssis tərəfindən səbirsizliklə gözlənilir. Sərginin hər il keçirilməsi inşaat materialları və xidmətlərinin həm yerli, həm də xarici istehsalçıları və istehlakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması üçün şərait yaratmaqla yanaşı, Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verir.


"BakuBuild" sərgisi İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində "Iteca Caspian" və onun britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.


Bu il 500-dən artıq şirkətin daxil olduğu sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən açıq meydançasını, eləcə də əsas foyesini əhatə edəcək. Sərginin sponsorları "Corella" markası ("NB Group") və "Akkord Sement" şirkətidir. "BakuBuild" sərgisinin ənənələrindən biri də tədbirdə milli stendlərin fəal iştirakıdır, belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də builki debütantlar - Çexiya və Hindistan yer alır. Hindistan bu il 20 şirkətlə təmsil olunacaq. Hindistan şirkətlərinin iştirakına təşkilati dəstək Hindistan Ticarət-Sənaye Palatası tərəfindən verilir. İran şirkətləri tərəfindən də bu sərgiyə maraq xeyli artıb. Fransa şirkətləri isə bu sərgidə ilk dəfə böyük qrup şəklində iştirak edir. Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahə rezervasiya ediblər.


Sərgidə təqdim olunan məhsulların çeşidi də artmışdır. Belə ki, bu il sərgi tikinti materialları, keramika məhsulları, üzlük daşlar, mərmər, lak-boya materialları, interyer üçün qapı və pəncərələr, dam və döşəmə örtükləri, mebellər, eləcə də yolların işıqlandırılması, yaşıllaşdırma, parkların abadlaşdırılması, inşaat texnikası, metal və bürünc məmulatların tam çeşidini əhatə edəcək. Avropanın aparıcı brendləri və yerli istehsalçılar taxta qapı-pəncərə və döşəmə məhsullarını təqdim edəcək. Sərgidə eksklüziv məhsul həvəskarları üçün İtaliyanın elit santexnika məmulatları nümayiş olunacaq. İnşaat şüşəsi və şüşə məhsullar sərginin bəzəyinə çevriləcəkdir.


"BakuBuild" sərgisində yalnız bu il dünya bazarına daxil olacaq bir sıra yeni məhsullar təqdim ediləcək. Mühərrik seksiyası olmayan innovativ liftlər, açıq meydançalar üçün polipropilen modul örtükləri, taxta məmulatlar üçün qoruyucu və boyama vasitələri, sement və yeni nəsil örtüklər, habelə vanna otaqları üçün yüksək keyfiyyətli avadanlıqlar bu il sərgidə nümayiş olunacaq yeni məhsulların sadəcə bir qismidir.


Beləliklə, sərgi yenə də birinci əldən informasiya almaq, aktual təklif və məhsulları nəzərdən keçirmək, tərəfdaşlarla ünsiyyət saxlamaq, habelə yeni əlaqələr qurmaq üçün şərait yaradır. Yeni məhsullar barədə məlumatı sərgiyə 1 həftə qalmış www.bakubuild.az veb-saytından əldə edə bilərsiniz. Siz, həmçinin bu veb-saytdan sərgi çərçivəsində təşkil olunacaq təqdimat və seminarlar barədə də tam məlumat ala bilərsiniz.


Sərgini ziyarət etmək və elektron bilet üçün aşağıdakı internet səhifəsinə daxil ola bilərsiniz: http://www.bakubuild.az/2015/?p=visitors_fast_register


Tel.: +994 12 404 10 08, faks: +99412 404 1001; e-mail: [email protected]; www.bakubuild.az

Sizin Reklam Yeriniz