Əlaqə Arxiv
news Image
2015.09.22
16:55
| A A A
Azərbaycanda dövlət orqanlarının və inzibati vəzifələrin təsnifatında dəyişikliklər edilir
Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir.

Movqe.az-ın məlumatına görə, bununla bağlı Milli Məclis tərəfindən "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.


Milli Məclisdən Movqe.az-a bildiriblər ki, "Dövlət qulluğu haqqında" qanunun 8.1.1-ci maddəsinə, dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin adının da əlavə edilməsi nəzərdə tutulur.


Bundan əlavə, qanunun 11-ci maddəsinə edilməsi nəzərdə tutulan əlavələrə görə isə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək.


Dəyişikliklərin Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.


Sizin Reklam Yeriniz