Əlaqə Arxiv
news Image
2015.09.22
22:00
| A A A
Hərbi sahədən yazan jurnalistlər xüsusi təlimlərə cəlb olunacaq (FOTO)
Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başlayır.

Movqe.az-ın "AzeriDefence"-ə istinadən məlumatına istinadən məlumatına görə, Azərbaycanda kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunan kurs "Dinc Dünya" Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi" layihəsi çərçivəsində keçiriləcək.


Sentyabrın 30-da start götürəcək təlimin nəzəri hissəsi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində, praktiki hissə isə poliqon şəraitində keçiriləcək. Təlimə 60 jurnalistin cəlb olunması planlaşdırılır.


Təlim-Tədris Mərkəzində jurnalistlərə nəzəri hissədə akkreditasiya qaydaları, son dövrün "ekstremal jurnalistika" təcrübəsi, müxbirin qaynar nöqrələrə (ekstremal hadisə yerinə) hazırlanması, geyimi, ləvazimatları, akkreditasiyası, hərbi hissəyə gəlişi, Silahlı Qüvvələrdə maddi-texniki təminatın qayda və xüsusiyyətləri, motoatıcı silahlarının taktiki-texniki xüsusiyyətləri, silahlarla davranma qaydaları, aviasiya, hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli, ballistik silahların taktiki-texniki xassələri izah olunacaq. Silah-sursat və hərbi texnika haqqında hansı halda və şəraitdə informasiya yayımına qanunla yol verilməsi, fövqəladə halların xarakteristikası, ekstrimal şəraitdə davranış metodları tədris ediləcək.


Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda düzənlənəcək praktiki təlimdə döyüş şəraiti imitasiya olunacaq. Burada jurnalistlər düşmənlə təmas səhnəsi ilə ümumi tanışlıq, dyüşən tərəflərin imkanları, tapşırıqları və fəaliyyət növləri, döyüş səhnəsində mümkün təhlükələr, ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplama zamanı müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən,gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan qorunma xüsusiyyətləri, gecə müşahidə təlimi, biokimyəvi təlim, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydaları öyrədiləcək.




Sizin Reklam Yeriniz