Əlaqə Arxiv
news Image
2015.09.23
11:32
| A A A
AZAL aviabiletlərə endirim etdi
“Azərbaycan Hava Yolları” Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən (AZAL) verilən məlumata görə, qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək.


Xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.


Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:


Bakı-London-Bakı "gediş-dönüş" - cəmi 329 avro;


London-Bakı-London "gediş-dönüş" - cəmi 269 funt sterlinq;


Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" - cəmi 329 avro;


Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" - cəmi 339 avro;


Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" - cəmi 319 avro;


Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" - cəmi 359 avro;


Bakı-Nyu-York-Bakı "gediş-dönüş" - cəmi 499 avro;


Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" - cəmi 559 ABŞ dolları;


Bakı-Praqa-Bakı "gediş-dönüş" - cəmi 329 avro;


Praqa- Bakı-Praqa "gediş-dönüş" - cəmi 379 ABŞ dolları;


Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün AZAL-ın Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:


+(99412) 598-88-80

*8880

e-mail: [email protected]


və ya Sizin şəhərinizdə yerləşən "Azərbaycan Hava Yolları" QSC satış ofislərinə müraciət edə bilərsiniz.

Sizin Reklam Yeriniz