Əlaqə Arxiv
news Image
2015.09.23
18:45
| A A A
AZAL-dan sərnişinlər üçün əlverişli qərar

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.


AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.


Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.


"Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

Sizin Reklam Yeriniz