Əlaqə Arxiv
news Image
2015.09.23
23:00
| A A A
Azərbaycanda yol-nəqliyyat hadisəsinə görə zərərin hesablanmasında yenilik

Sentyabrın 21-22-də İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda səfərdə olan Türkiyənin Motorlu Taşıt Bürosunun nümayəndə heyəti ilə görüş keçirib.


Movqe.az-ın İSB-yə istinadən verdiyi məlumata görə, görüşdə Motorlu Taşıt Bürosunun nümayəndələri Erkal Karagöz və İsmayıl Yıldız Türkiyədə tətbiq olunan Yaşıl Kart Hovuz sistemi ilə bağlı İSB-nin iştirakçı sığortaçılarının məlumatlandırılması üçün təqdimat keçiriblər.


Həmçinin görüş zamanı nümayəndə heyəti ilə Azərbaycanda 1 yanvar 2016-cı il tarixindən Yaşıl Kart sisteminin tətbiqi ilə əlaqədar olaraq Türkiyənin Yaşıl Kart sistemində fəaliyyəti və iş prinsipləri ilə bağlı təcrübə mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində İSB tərəfindən müvafiq işlərin aparılması qərara alınıb.


Bu gün keçirilmiş digər görüşdə isə "Audatex Azerbaijan" şirkətinin təqdim etdiyi proqram təminatının 1 oktyabr 2015-ci il tarixindən etibarən Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığortaçılarının istifadəsinə verilməsi qərara alınıb.

Sizin Reklam Yeriniz