Əlaqə Arxiv
news Image
2015.09.24
17:00
| A A A
Azərbaycanda alkoqolsuz içkilərin tərkibinə dair tələblər müəyyənləşdirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Alkoqolsuz tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər" dövlət standartını təsdiq edib.

APA-nın məlumatına görə, bu standart çay, kofe və çay və kofe ekstrakt əsaslı digər alkoqolsuz içkilərə şamil edilmir.

Alkoqolsuz tonuslandırıcı içkilər tərkibində insan orqanizmində tonuslandırıcı effekti təmin edəcək miqdarda kofein və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı alkoqolsuz içkilərdir. Alkoqolsuz energetik içkilər isə quru maddələrin kütlə payı 10%-dən az olmayan alkoqolsuz tonuslandırıcı içkilərdir. Xarici görünüşünə görə alkoqolsuz içkilər şəffaf və bulanıq, karbon 4 oksidin doyma səviyyəsinə görə qazlaşdırımış və qazlaşdırılmamış olur. Qazlı içkilərdə karbon 4 oksidin kütlə payı ən azı 0,20 faiz, kofeinin miqdarı ən azı 1 kubsantimetrdə 151 mq, ən çoxu 0.4 mq, quru maddələrin kütlə payı (energetik içkilər üçün) ən azı 10 faiz olmalıdır. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır. Tonuslandırıcı komponentlər insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələrdir. Alkoqolsuz tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır. Tonuslandırıcı inqridientlər tonuslandırıcı komponentlərə malik sadə və ya mürəkkəb tərkibli alkoqolsuz tonuslandırıcı içkilərin əsas hissəsidir. Tonuslandırıcı inqredient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan ( kofein, ginqozidlər, eleuterozidlər sxizandrina və s) kofein və / və ya bitki ekstraktı ( quaran, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər. Alkoqolsuz tonuslandırıcı içkilərin istehsalında asan həzm olunan karbohidratlar, mineral maddələr, vitaminlər və vitaminəbənzər maddələr, energetik mübadilənin stimulyator və substratları istifadə edilə bilər.

Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində 100 kubsantimetrdə 300-400 mq taurin, 80-120 mq L- karnitin, vitaminlərə gəlincə, 6-8 mq B 3, 1-2 mq B 5, 1-2 mq B6, 0,001-0,002 mq B12, 10-25 mq Inozit olmalıdır. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından məhsullarının istehsalında istifadə olunması qadağandır.


Sizin Reklam Yeriniz