Əlaqə Arxiv
news Image
2015.09.24
17:50
| A A A
Facebook-da yanlış məlumat paylaşan “Azərbaycan Dəmir Yolları”ndan üzr istədi
20 sentyabr 2015-ci ildə sosial şəbəkələrdə “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazı geniş müzakirələrə səbəb olmuşdur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Marja"ya bildirdi ki,yazı müəllifi Asif Niftəliyev "Azərbaycan Dəmir Yolları" QSC-yə dəvət olunub vəBakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət xətti barədə ətraflı ona məlumat verilib.Asif Niftəliyev səhvini anlayıb, elektrik qatarının həqiqətən də Sumqayıt sərnişin stansiyasına getdiyinə əmin olub və öz statusunda səhvini etiraf edib:"Bu gün 23.09.2015 tarixində məni 19.09.2015 tarixində Bakı-Sumqayıt qatarı haqqında paylaşdığım statusla əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC dəvət elədilər və həmin gün qatarın getdiyi güzərgahı bütün təfərrüatı ilə göstərdilər və mənə aydın oldu ki, mənim Siyəzən sandığım stansiya əslində Sumqayıt Baş Stansiyası olub.Orda qatarın 15 dəqiqə dayanmağının səbəbini maşinistin yer dəyişməsi üçün keçən müddət olduğunu bildirdilər. Bundan sonra isə qatar Sumqayıt sərnişin stansiyasına gəlib. Buna görə"Azərbaycan Dəmir Yolları"QSC-dən üzristəyirəm",-Asif Niftəliyev deyib.


Sizin Reklam Yeriniz