Əlaqə Arxiv
news Image
2015.09.25
12:20
| A A A
“Porsche” –nin baş direktoru “Volkswagen”-in yeni rəhbəri seçilib

"Porsche" –nin baş direktoru Mattias Müller "Volkswagen" avtomobil konserninin yeni rəhbəri seçilib. "Gazeta.ru"-nun verdiyi məlumata görə, bu barədə "The Independent" məlumat yayıb.

Müllerin namizədliyi "Volkswagen" konserninin Müşahidə Şurasının iclasında dəstəklənib.

Ötən gün "Volkswagen"-in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan qalmaqalla əlaqədar istefa verib.

Bundan başqa, bəzi mənbələr "Volkswagen" konserninin "Audi" и "Porsche"-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz