Əlaqə Arxiv
news Image
2015.09.26
14:00
| A A A
Azərbaycanda qoyun oğurluğu edən şəxslər tutulub

Azərbaycanda 1 ay bundan əvvəl qoyun oğurluğu edən şəxslər tutulub.Movqe.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Tural Əliyevin həyətindən 6 baş qoyun oğurlayan Samux rayon sakini Turqut Əlizadə, Gəncə şəhər sakinləri Rövşən Musayev, əvvəllər məhkum olunanlar - Ariz Aslanov və Qabil Hüseynov tutulublar.

Digər oxşar hadisə isə Cəlilabadda qeydə alınıb. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Yadigar Əmirovun həyətindən 3 baş qoyun oğurlayan Uzuntəpə kənd sakinləri Rafət Cəfərov və Əli Yolçiyev tutulublar.


Sizin Reklam Yeriniz