Əlaqə Arxiv
news Image
2015.09.28
16:17
| A A A
Səhiyyə Nazirliyi 52 səhiyyə işçisini cəzalandırıb

Bu il ərzində vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti tədbirlər görülüb.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ilin keçən dövrü ərzində "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətlərinə 28 mindən artıq müraciət daxil olub. Müraciətlərin 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib.


Əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.


Səhiyyə Nazirliyinin "Qaynar xətt" və "Elektron Səhiyyə"xidmətinə daxil olan hər bir vətəndaş müraciəti zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır və öz həllini tapır. Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.




Sizin Reklam Yeriniz