Əlaqə Arxiv
news Image
2015.09.29
13:02
| A A A
"United Culture in Azerbaijan” layihəsi yekunlaşıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Leyla Muradovanın təşkilatçılığı ilə həyata keçirilən "United Culture in Azerbaijan

"United Culture in Azerbaijan" – Bakı şəhərində təhsil alan yerli və əcnəbi tələbələri bir araya toplayan layihədir. 5 yerli və 25 əcnəbi gənci əhatə edib.


Layihənin məqsədi: Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycan həqiqətləri və müstəqil dövlətçilik ənənlərini ötürərək, dövlətlər arası milli-mədəni və tarixi irslər haqda bilikləri təbliğ etmək idi.


Layihə çərçivəsində tələbələr öz ölkələrinə uyğun olaraq qruplara bölünərək, öz ölkələrinə uyğun təqdimatlarını keçirib, ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat veriblər. Hər tədbir zamanı ölkəyə uyğun interaktiv müsabiqə və oyunlar keçirilib, qaliblər simvolik hədiyyələrlə mükafatlandırılıblar. Tədbirə uyğun reqlamentə: ölkələrin milli geyimləri, milli mətbəxi və milli rəqsləri və qruplara uyğun xüsusi əyləncələr təşkil olunub.


Layihə çərçivəsində Azərbaycanda təhsil alan xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin, milli-mədəni və tarixi irsinin təbliğ olunub.


Sizin Reklam Yeriniz