Əlaqə Arxiv
news Image
2015.09.29
15:51
| A A A
Sahibkarların qanunsuz yoxlanılması ilə bağlı korrupsiya idarəsinə müraciət olundu

Son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada "qanunvericiliyin tələblərinin pozulması" barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur.


Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırmalar zamanı özlərini "Fakt Araşdırıcı-N" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, "yoxlamanın" nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.


Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.


İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstəriməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.


Sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağırı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.


Sizin Reklam Yeriniz