Əlaqə Arxiv
news Image
2015.09.29
19:45
| A A A
"Ducuan" tayfunu Tayvanda ciddi fəsadlar törədib

"Ducuan" super tayfununun Tayvan ərazisindən keçməsi nəticəsində 2 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 300-dən çox insan isə yaralanıb.


Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, küləyinin gücü bəzən saatda 200 kilometrə çatan qasırğa bütün adada elektrik enerjisinin kəsilməsinə səbəb olub. "Taipower" enerji kompaniyasının məlumatına görə, hazırda 540 min ailə hələ də işıqsız qalıb.


Tayvan şəhərlərinin əksəriyyətində əlverişsiz hava şəraiti ilə əlaqədar artıq iki gündür ki, məktəblərdə məşğələlər dayandırılıb, ofislər fəaliyyət göstərmir, fond birjasında hərraclar keçirilmir.


Meteoroloqların verdiyi məlumata görə, tayfunun episentri Çinin materik hissəsinin şərq sahillərinə yaxınlaşır. Bununla əlaqədar Çin hökuməti Futszyan və Çjetszyan əyalətlərində 420 mindən çox insanı təxliyə edib.


Bu mövsümdə sayca 21-ci olan "Ducuan" tayfunu intensiv tropik leysanlarla müşayiət edilsə də, tədricən gücünü itirməkdədir.


Sizin Reklam Yeriniz