Əlaqə Arxiv
news Image
2015.09.30
12:44
| A A A
İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir. Movqe.az-ın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsinin ödənildiyini diqqətə çatdırıb.


Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.


Sizin Reklam Yeriniz