Əlaqə Arxiv
news Image
2015.09.30
15:00
| A A A
Sabah Bakı metrosu 1 saat çox işləyəcək

"Bakı Metropoliteni" QSC "Qarabağ" futbol klubunun Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunundan sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini müsbət cavablandırıb.


Movqe.az-ın məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.


Onun sözlərinə görə, bununla əlaqədar Bakı Metropoliteninin iş qrafikinə dəyişiklik edilib və metornun giriş qapıları oktyabrın 1-dən 2-nə keçən gecə adəti üzrə saat 24:00-dək deyil, bir saat artıq, saat 01:00-dək açıq olacaq: "Təhlükəsizlik tədbirləri ilə əlaqədar metronun "Gənclik" stansiyasında girişi nizamlanacaq. Sərnişinlərdən sıxlığın yaranmaması üçün yaxın stansiyalar - "28 May" və "Nəriman Nərimanov"dan istifadəyə üstünlük vermələri xahiş olunur. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq".


Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı oktyabrın 1-də saat 22:00-da başlanacaq.

Sizin Reklam Yeriniz