Əlaqə Arxiv
news Image
2015.09.30
17:42
| A A A
Səbail rayonunda Ahıllar günü qeyd olunmuşdur

1 Oktyabr Beynəlxalq Ahıllar günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətiin təşkilatçılığı və rayondakı bir sıra ictiai birliklərin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülmüşdür.   

Əlamətdar günlə əlaqədar Bayıl yaşayış sahəsində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu - ümumilikdə 150 nəfər üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılmışdır. Tədbirdə həmçinin rayon rəhbərliyi, yerli bələdiyyələrin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Səbail rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə Bayramova qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi  inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur. 

Bildirilmişdir ki, bu gün Səbail rayonunda yaşayanların  6,5 %-ni (6075 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə 2978 nəfər sosial müavinət,  187 ailə (709 nəfər ailə üzvü)  Ünvanlı Sosial Yardım alır ki, hər bir ailə üzvünə 34,00 manat olmaqla, orta hesabla hər bir ailəyə 143,3 manat sosial yardım təyin olunmuşdur. Ümumilikdə isə rayonda 13165 nəfər təqaüdçü yaşayır.

Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar və ödəmə terminalları quraşdırılmışdır.

  Çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.

Görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr təqdim edilmiş, respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı təşkil olunmuşdur. 


Sizin Reklam Yeriniz