Əlaqə Arxiv
news Image
2015.10.01
13:28
| A A A
Tanınmış jurnalist döyülərək xəstəxanaya çatdırıldı - Foto

Türkiyənin tanınmış jurnalisti Əhməd Hakan bu gecə hücuma məruz qalıb. Verilən məlumata görə, işdən qayıdaraq İstanbulun Nişantaşı məhəlləsindəki evinə gedən Hakan avtomobildən düşdükdən sonra arxadan gələn 4 nəfər tərəfindən döyülüb. Hücum zamanı xəsarət alan Əhməd Hakan sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Həyati təhlükəsi olmayan Hakanın müalicəsi "Amerikan" xəstəxanasında davam edir.

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Hadisəni törədənlərin şəxsiyyəti naməlum olsa da, jurnalistin bir gün əvvəl sosial şəbəkədə hədələndiyi bildirilir.


Jurnalist Hilal Kaplan öz twitter səhifəsində Əhməd Hakanın Türkiyənin keçmiş media maqnatlarından olan Cem Uzan tərəfindən hədələndiyini, bunun üstündən 1 sutka keçmədən hücuma məruz qaldığını qeyd edib.

"Hürriyet" qəzeti isə Əhməd Hakanın AKP millət vəkili Əbdürrəhim Boynukalın tərəfindən təhdid olunduğunu, vəkilinin artıq məsələ ilə bağlı hüquqi instansiyalara müraciət etdiyini yazıb.

Əhməd Hakan "CNN Türk" kanalında "Tərəfsiz bölgə" proqramının aparıcısıdır və bu kanalın mənsub olduğu media qrupuna aid "Hürriyet" qəzetində köşə yazarıdır.

Sizin Reklam Yeriniz