Nizami Gəncəvinin Dərbənddə qoyulan heykəli çox bərbad vəziyyətə düşüb. "Report"un müxbirinin verdiyi məlumata görə, abidənin barmaqları qırlıb, dahi Azərbaycan şairinin adına park xarabalığı xatırladır.
Heykəlin qoyulması və parkın salınmasında iştirak etmiş 77 yaşlı Zeynal Babayev "Report"a deyib ki, heykələ dəfələrlə xəsarət yetirlib: "Abidənin bərpasına çalışmışıq. Abidənin və parkın mühafizəsi ilə bağlı polisə və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dərbənd regional bölməsinin sədri Seyran Hacıyevə dəfələrlər müraciət etmişik. Ancaq bu vəziyyətə adi hal kimi yanaşırlar. Yerli hakimiyyət orqanların parkı və abidənin bərpası və yenidənqurulması görüntüsünü yaradırlar. Parkın ətrafı zibilxanaya çevrilib. Məsələyə öz laqeyd münasibətləri ilə yerli rəsmilər parkın və abidənin gələcək mövcudluğunu sual altına qoyurlar".
Xatırladaq ki, Nizami Gəncəvinin heykəli 1992-ci ildə Bakıdan Dərbəndə aparılıb.