Əlaqə Arxiv
news Image
2012.10.12
15:21
| A A A
Qadınlara pis "xəbər"

Movqe.az xəbər verir ki, mediada cinayət kimi "kədərli xəbərlər" oxuyan qadınların daha çox stress hormonu ifraz etdiyi aşkar olunub.

Kanadalı alimlərin araşdırmasına görə, bu cür xəbərləri oxuyan qadınlar kişilərdən fərqli reaksiya verir və qanlarındakı stress hormonu kortizol səviyyəsi artır. 

Elm adamları qəza və cinayətlə əlaqədar xəbərlər ilə həssas reaksiya yaratmayan film premyeraları kimi xəbərləri yığıb. Qadın və kişi iştirakçılar hər iki tip 24 xəbəri 10 dəqiqəyə oxuyub. Stress testindən keçən iştirakçıların tüpürcək nümunələrində kortizol səviyyəsi ölçülüb.

"Kədərli xəbərləri" oxuyan qadınların daha çox stress hormonu ifraz etdiyi, kişilərdə isə kortizol səviyyəsinin dəyişmədiyi görülüb. Araşdırma "PLoS One" jurnalında dərc olunub. 


Sizin Reklam Yeriniz