Əlaqə Arxiv
news Image
2015.10.05
11:10
| A A A
Azərbaycanda "Twitter" istifadəçilərinin sayında xeyli artım var

Azərbaycanda "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-sentyabr aylarında 66,7 faiz artıb. Bu barədə Movqe.az  "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.


"Twitter"in Azərbaycan bazarında sentyabrın sonuna olan payı 9,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.


2015-ci ilin ilk 9 ayının yekununa görə, "Facebook"un istifadəçi auditoriyasında 7,8 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan "Facebook"un oktyabrın 1-nə olan ölkədəki bazar payı 80,8 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,7 faiz azdır.


2,63 faizlik payla üçüncü yerdə "Pinterest" qərarlaşıb. Daha sonra "Tumblr" (2,22 faiz), "Reddit" (1,32 faiz), "Google+" (1,1 faiz), "Vkontakte" (0,98 faiz) və başqaları gəlir.

Sizin Reklam Yeriniz