Hava yenidən dəyişir-Metohəssas insanlara xəbərdarlıq!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron
yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi
yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi
əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında
gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766
mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Azərbaycanın
rayonlarında oktyabrın 14-də arabir yağış yağacağı gözlənilir. Şərq
küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.