Əlaqə Arxiv
news Image
2015.10.14
20:00
| A A A
Florida ştatında kiçik təyyarə qəzaya uğrayıb

ABŞ-ın Florida ştatında kiçik təyyarə qəzaya uğrayaraq daşınan evlər qəsəbəsinə düşüb.


Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, Palm-Biç şəhərinin yanğından mühafizə və xilasetmə xidmətinin kapitanı Alberto Borroto təyyarə qəzasının iki evdə yanğına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölənlər var və hazırda onların sayı dəqiqləşdirilir.


Federal aviasiya idarəsi təyyarə qəzasını təsdiqləsə də, hadisənin təfərrüatları barədə məlumat verməyib.


Sizin Reklam Yeriniz