Əlaqə Arxiv
news Image
2015.10.14
16:40
| A A A
Azərbaycanda peyvəndlərin qiyməti tənzimlənəcək-Özəl

Azərbaycanda bəzi dərman vasitələri var ki, onların qiyməti fantastik həddə bahadır. Bura müxtəlif xəstəliklərlə mübarizə məqsədi ilə edilən peyvəndlər də daxildir. Milli İmmunlaşdırma Proqramına əsasən ölkəmizdə peyvənd təqviminə daxil olunan peyvəndlər pulsuz vurulsa da, bəzi xəstəliklər var ki, onlarla mübarizə üçün peyvəndlər özəl klinikalarda vətəndaşların istəyi əsasında pulla vurulur. Peyvəndlərin qiyməti isə müxtəlif xəstəliklərə görə müxtəlifdir. Hazırda özəl klinikalarda qiyməti 40 manatdan başlayaraq 150 manata qədər dəyişir. Movqe.az qiyməti peyvəndlərin qiymətinin hansı səbəbdən baha olması və qiymətinin tənzimlənib-tənzimlənməyəcəyini araşdırıb. K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Movqe.az-a açıqlamasında bildirib ki, hazırda dövlət tərəfindən peyvənd təqviminə daxil edilən vaksinlər pulsuz vurulur. Özəl klinikalarda və satışda vaksinlərin baha olmasına gəlincə N. Quliyev bunun səbəbini belə izzah edib: "Özəl klinkalar bir dozalıq vaksinlərdən istifadə edirlər. Bir dozalı vaksinlər isə baha olur. Vaksin özəl klinikalarla müqayisədə dövlətə ona görə ucuz başa gəlir ki, dövlət polikilinikalarda vaksinlər dəfələrlə özəldə satılandan yuxarı dozalarda olur. Çünki, dövlət polikilinikalarında vaksin açıldıqda qeydiyyatda olan peyvənd  edilməli yaşda olan uşaqlar çağırılaraq onların hamısı peyvənd edilir. Özəl klinikalara isə çoxdozalı vaksin almaq sərf etmir. Həmin vaksini açıb bir nəfərə vurduqdan sonra yerdə qalanı atmalı olurlar. Çünki, vaksinin ağzı açıldıqdan sonra bir neçə saatdan artıq saxlanıla bilməz. Bu isə özəl klinikalara sərf etmir. Odur ki, bir dozalıq vaksin alırlar. Bir dozalıq vaksinlərin qiyməti isə bahadır".

Satışdakı vaksinlərin qiymətinin tənzimlənməsinə gəlincə iqtisadiyyat və Sənaye Nazirliyindən Movqe.az-a bildirdilər ki, əgər vaksinlər dərman vasitəsi kimi qeydiyyatdan keçibsə qiyməti tənzimlənəcək.  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat şöbəsindən isə Movqe.az-a bildirdilər ki, vaksinlər dərman vasitəsi kimi qeydiyyatdan keçdiyindən, yaxın vaxtlarda qiyməti dövlət tərəfindən tənzimlənəcək. 


Sizin Reklam Yeriniz