Əlaqə Arxiv
news Image
2015.10.17
11:30
| A A A
Azərbaycan Avropanın yeganə ümididir
ABŞ-ın Enerji Məlumatı Administrasiyası da Avropanın enerji təhlükəsizylinin təminində ölkəmizin mühüm rol oynadığıın bildirib

Qərbin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın getdikcə artan rolu və ölkəmizin indik şərtlər daxilində Avropa üçün yeganə yeni mənbə olması beynəlxalq miqyasda da açıq etiraf olunur.

ABŞ-ın Enerji Məlumatı Administrasiyası da bu xüsusda bildirir ki, Azərbaycanın qaz kəmərləri Avropa üçün hələlik yeganə alternativ variantdır. Bildirilir ki, Azərbaycan qazını Türkiyə, İtaliya, Bolqarıstan və Yunanıstana nəql edəcək üç yeni kəmərin ilkin tikinti işlərinə başlanıb. Xəbər verilir ki, bundan əvvəl Cənubi Avropanın qazla təchizatı üçün Rusiya, Mərkəzi Asiya və Yaxın Şərqdən kəmərlərin çəkiləcəyi şirkətlər tərəfindən elan edilsə də, bu planların heç biri baş tutmayıb.Əvəzində üç yeni və ya genişləndirilmiş kəmər Azərbaycanın Xəzər sahillərini İtaliyanın cənub-şərq sahilləri ilə birləşdirəcək. Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə gedən Cənubi Qafqaz Kəməri Uzantısının tikintisinə iyunun sonlarında başlanıb. Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə çəkilən "Transanadolu" (TANAP) kəmərinin tikintisinə rəsmən bu ilin martında başlanıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya çəkilən "Transadriatik kəmərinin (TAP) tikintisinə isə 2016-cı ildə start veriləcək. Cənubi Qafqaz və TANAP kəmərlərinin 2020-ci ilədək istifadəyə verilməsi planlaşdırılıb.

Məlumatda deyilir ki, əsas etibarilə neft ixracatçısı kimi tanınan Azərbaycanın qaz istehsalçısı kimi əhəmiyyəti artmaqdadır.Bu da qeyd olunur ki, hələ 2007-ci ilədək Azərbaycan qazın idxalçısı idi və bu ölkəyə təbii qaz əsasən Rusiyadan nəql olunurdu. Azərbaycan 2006-cı ildə Bakı-Tiflis-Ceyhan kəməri istifadəyə verilənədək öz neftini də Rusiya vasitəsilə nəql edirdi. Xəbərdə deyilir ki, son 10-15 ildə Türkiyəyə və oradan da Avropaya gedəcək böyük qaz kəməri layihəsi çox müzakirə olunurdu. Lakin "Nabukko" adlanan bu layihə barədə bütün müzakirələr 2013-cü ildə dayandırılıb. Rusiyadan Bolqarıstana çəkilməli olan "Cənub axını" kəmərinin də tikintisinə başlanacaqdı, lakin Avropa ilə Rusiya arasında ixtilaflara görə bu layihə ləğv edildi: "Layihə müzakirəsinin bərpası isə sonradan, 2014-cü ildə Rusiyanın Krımı ilhaqı ilə əlaqədar baş tutmadı. Bu layihənin ləğvindən dərhal sonra Rusiyanın dəstəklədiyi "Türk axını" layihəsi elan edildi. Lakin bu layihə üzrə də 2015-ci ilin iyulunda gözlənilən saziş əldə olunmadı, belə ki, Moskva və Ankara arasında layihənin və qazın qiymətləri barəsində ciddi ixtilaflar var idi.

Hazırda bu layihənin taleyi naməlum olaraq qalır. Avropanın qaz təchizatı üçün Slovakiyadan çəkilməli olan "Eastring" ikitərəfli kəmərinin layihəsinə dair də söhbətlər var. İran üzərindən sanksiayaların qaldırılması İraq və İranı qaz bazarına gətirə bilər. İrandan Türkiyəyə mövcud qaz kəmərindən istifadə olunsa da, Tehran bu kəmərin Avropaya uzadılmasına ümid edir.Bununla belə, uzaq perspektivdə görünən bu ideyaların da maneələrlə qarşılaşacağı istisna olunmur. Türkiyə ilə İraqın şimalındakı kürd regional hökuməti və İraq arasında qaz kəmərinin çəkilməsi planları mövcuddur. Bu planlar barədə saziş olmasa da, Türkiyə öz qaz şəbəkəsinin İraqın şimalına uzadılması üzrə işlərə başlayıb". Amma indik halda Azərbaycan ən etibarlı mənbədir. Görünür, bu səbəbdəndir ki, Avropa İttifaqının xarici fəaliyyətlər üzrə nümayəndəsi Dirk Şubel bildirib ki, Avropa İttifaqının "Cənub" qaz dəhlizi layihəsinin həyata keçirilməsilə bağlı mövqeyi dəyişməzdir.Digər Avropa İttifaqı rəsmisi Luk Pyer Devin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün strateji partnyordur: "Bu ölkə həm də coğrafi mövqeyinə görə böyük rola malikdir".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qeyd edib ki, Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır: "Birləşmiş Ştatlar və Azərbaycan enerji təhlükəsizliyi sahəsində 20 ildən çoxdur əməkdaşlıq edir. Bakı-Tiflis-Ceyhan neft kəməri və qaz nəqli üzrə Cənub Qaz Dəhlizində əldə olunan tərəqqi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə dəstəyinin güclü rəmzləridir və Avropa ölkələri üçün enerji marşrutlarının və mənbələrinin diversifikasiyası istiqamətindəki beynəlxalq səylərin əsas elementidir". ABŞ konqresmeni Kris Stüart da Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rol oynadığını bildirir: "Azərbaycan Şərq və Qərbin kəsişməsində yerləşir. ABŞ Azərbaycanın strateji əhəmiyyətini daha dərindən anlamalıdır. Azərbaycan tarixən dünyanın enerji təchizatında əhəmiyyətli rolu oynayıb və hazırda da həmin rol Avropanın enerji təhlükəsizliyində qabarıq əks olunub".

Azərbaycan Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov isə bildirir ki, Azərbaycan regiondakı digər qaz hasil edən ölkələrin də "Cənub" qaz dəhlizi layihəsinə qoşulmasında rol oynamağa hazırdır: "Cənub" qaz dəhlizi ideya kimi Avropa İttifaqı tərəfindən 10 il əvvəl irəli sürülüb. Görünən odur ki, o vaxtdan bu dəhlizin yaradılması rolunu üzərinə götürən Azərbaycandır". O, həmçinin qeyd edib ki, Azərbaycan "Transxəzər" boru kəməri layihəsini də dəstəkləyir. O, 2013-cü ilin sentyabr ayında Bakıda "Şahdəniz-2" üzrə Avropa alıcıları ilə iri qaz satışı sazişlərinin imzalanmasından da danışaraq qeyd edib ki, bu sazişlər Azərbaycana 2020-ci ildən başlayaraq 25 il ərzində qaz satmağa imkan verir.



Sizin Reklam Yeriniz