Əlaqə Arxiv
news Image
2015.10.17
15:20
| A A A
ETSN: Ən çox yağıntı Lənkəran-Astara bölgəsinə düşüb

"Ötən gün Azərbaycanın bölgələrində leysan xarakterli yağışlı hava şəraiti müşahidə olunub".

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, intensiv yağışlar şimal və qərb rayonlarına daha çox düşüb: "Ən çox yağıntı isə Lənkəran-Astara zonasında qeydə alınıb".

G.Məmmədova deyib ki, bu qədər yağıntının olması mövsümə uyğundur: "Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabrın 18-i gündüzədək davam edəcək".


Sizin Reklam Yeriniz