Havada təhlükə-Metohəssas insanlara xəbərdarlıq olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında havanın tutulub açılacağı, axşam bəzi
yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi
əsəcək. Havanın temperaturu Abşeron
yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz
15-17 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,
nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın
21-də Əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə
8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti
olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər
meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün
nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü
bəzi meteohəssas insanlarda narahatlıq yarada
bilər.