Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib.
Şirkətdən verilən məlumata görə, indi sözügedən
taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq
"Bakcell"in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin
avtomobillərində Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz
nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu
yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz
internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu
xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən
Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
"189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox
önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və
sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları
üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar
taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində
şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189
xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400
mindən çox abunəçisinə 10% endirim təklif etməklə onlar tərəfindən
ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki,
təqdim etdiyimiz Wi-Fi internet 189 taksi
sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da
maraqlı edəcək",- deyə Bakcell şirkətinin satış üzrə baş direktoru
Fedja Hadzic bildirib.
Qeyd edək ki, "Bakcell"in ən böyük korporativ abunəçilərindən biri
olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə
təmin olunub. Taksi sifarişi üçün müştərilərin zəng etdiyi məlumat
mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən qurulub.
Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən
təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün
smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə
icra olunmasına başlayır. "Bakcell şirkəti bizim ən böyük strateji
partnyorumuzdur. Biz bir neçə sahədə əməkdaşlıq edirik və bu
əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell, həm 189
taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda
Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı
və
Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə
müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə
davam edəcəyik" , - deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan
Abbasov bildirib.