Əlaqə Arxiv
news Image
2015.10.22
23:00
| A A A
Sabah bəzi ərazilərdə yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağma ehtimalı var. Gündüz havanın dəyişkən olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19 dərəcə isti olacaq. Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.


Sizin Reklam Yeriniz