"Sovet dövründə KQB Aşura günləri çox həssas olurdu"
"Aşura gününü insanlarımız sovet dövründə də qeyd ediblər. Məscidlərdə yığışa bilməsələr də, evlərdə qeyd edirdilər. KQB həmin günlərdəçox həssas olurdu".
Movqe.az-ın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib. Şeyxülislam bildirib ki, Azərbaycanda tolerantlıq, din və dövlət münasibətləri ən yüksək səviyyədədir: "Bu gün Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri sağımda oturub, müfti Hacı Salman da buradadır".
A. Paşazadə Allahın birliyinə qulluq etdiklərini söyləyib: "Pakistanda, İranda da Aşura keçirilir, Azərbaycanda Aşuranın keçirilməsi onlardan fərqli olur. Kərbəla şəhidləri ilə bərabər biz öz şəhidlərimizə də dualar oxuyuruq. Bizdən sonra Aşura günündə Türkiyədə, başqa ölkələrdə də qan verməyə başlayıblar. Azərbaycanın müsbət ənənələri başqa dövlətlərdə yayılır".