Əlaqə Arxiv
news Image
2015.10.26
12:15
| A A A
Cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi ilə bağlı layihə keçirilib

Gənclər, seçkilərə! - cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi" adlı layihə çərçivəsində təlimlərə yekun vurulub.


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Seçki Komissiyasının tərəfdaşlığı ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindən cəbhəyanı rayonlarda yaşayan gənclər arasında "Gənclər, seçkilərə! - cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi" adlı layihəyə Ağcabədi və Füzuli rayonunda keçirilmiş təlimlərlə yekun vurulmuşdur. Gənclər arasında seçki absenteizminin azaldılması, hakimiyyətin müxtəlif qollarının formalaşdırılmasında demokratik seçkilərin rolu, gənclərin seçkilərdə aktiv iştirakının əhəmiyyətinə və seçkilərin hər bir vətəndaş üçün önəminin gənclərə aşılanması məqsədilə keçirilmiş təlimlər gənclər arasında böyük marağa səbəb olmuşdur. Gənclərə həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qarşıdan gələn parlament seçkisinin əhəmiyyətindən danışılaraq onlara seçki prosesində fəal iştirak etmək tövsiyyə edilmişdir. Təlimlərin parlament seçkisi öncəsi və cəbhəyanı rayonlarda təşkil edilməsi layihənin praktikliyini artıraraq region gənclərinin seçki maariflənməsi baxımından bir şans, ictimai hadisə olmuşdur.

23 oktyabr Ağcabədi şəhərində və 24 oktyabr Füzuli rayonunun inzibati paytaxtı Horadiz şəhərində baş tutmuş təlimlərdə təlimçilər- Ceyhun Abbasov və Fərhad Fəttahlı tərəfindən gənclərə seçki barədə edilən təqdimatlar gənclərlə qarşılıqlı müzakirə şəraitində həyata keçirilmişdir.

Təlimlərdə yerli icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin nümayəndələri, Ağcabədi 82 saylı və Füzuli 84 saylı Dairə Seçki Komissiyalarının məsul şəxsləri iştirak etmişdir.

Təlimlərdə region gənclərinə layihə çərçivəsində nəşr edilmiş " Gənclər seçilərə" adlı maarifləndirici kitab, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş Azərbaycan Resspublikasının Seçki Məcəlləsi, Seçki günü üçün Yaddaş və Müşahidəçilər üçün Yaddaş paylanılmışdır.

Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunmuşdur.


Sizin Reklam Yeriniz