Əlaqə Arxiv
news Image
2015.10.28
16:39
| A A A
Uşaqlar üçün qurğuşun təhlükəsi-Baş pediatrdan xəbərdarlıq!
Ümumdünya Səhiyyə Təşkilatı qurğuşunun təsiri ilə hər il 600 min uşaqda zehni geriləmənin baş verməsi barədə həyəcan təbili çalıb. ÜST-ün yaydığı məlumata görə, qurğuşunun uşaq sağlamlığına mənfi təsirlərinin aşkar olunmasına baxmayaraq bir çox ölkələr hələ də boyalarda onun istifadəsini davam etdirir. Bu isə narahatlıq doğurur. Buna görə ÜST ictimaiyyətin diqqətini bu problemə yönəltmək məqsədilə oktyabrın 25-dən başlayaraq qurğuşun zəhərlənməsinin qarşısını almaq üçün bir həftə ərzində tədbirlər keçirəcək. Movqe.az-a açıqlama verən ölkənin baş pediatrı Nəsib Quliyev bildirib ki, Azərbaycanda isehsal olunan qidalarda və istifadə olunan dərman  preparatlarının tərkibində qurğuşun yoxdur. Amma N. Quliyev sənayedə istehsal olunan məhsullarda qurğuşuna rast gəlindiyini söyləyib. Baş pediatr bildirib ki, qurğuşun nəinki uşaqlarda zehni geriləməyə, parenximatoz orqanların baş-beynin, dalağın, böyrəyin, qaraciyərin toksiki distofiyasına, iltihabına səbəb ola bilər. N. Quliyevin sözlərinə görə, qurğuşun və  civə ağır metal sayılır. Bu səbəbdən də, uşaqları tərkibində qurğuşun olan məhsullardan uzaq tutmaq lazımdır. Qeyd edək ki, məlumatlara görə, qurğuşundan daha çox sənaye məhsulu olan boyalarda istifadə olunur. Hətta Hindistanda bijuteriyalarda da qurğuşun aşkarlanması faktlarına rast gəlinib. Bir çox yüksək sənaye ölkələrində vətəndaşların sağlamlığını qorumaq məqsədilə 1970 və 1980-ci illərdə qanunlar, hüquqi aktlar və ya icbarı standartlar qüvvəyə minib. Bu qanunlar ümumiyyətlə tərkibində qurğuşun olan boyaların istehsalını, idxalını, satışını və ya evlərin, məktəblərin və kommersiya binalarının interyer və ya eksteryerində istifadəsini qadağan edir. Amerika Birləşmiş Ştatlarında  qəbul olunmuş standartlara əsasən, ev boyaları və digər bir çox boya kateqoriyalara üzrə ümumi qurğuşun miqdarına (quru çəki) 90 ppm-dək limit tətbiq edilir. Digər ölkələrdə isə ümumi qurğuşun (quru çəki) miqdarına 90-600 ppm arasında icbari məhdudiyyət tətbiq edib. ÜST-ün məlumatına görə, uşaqlarda qurğuşunun təsiri adətən qanın hər desilitrinə düşən mikroqramlarla (μg/dL) ölçülür. Tədqiqatlara görə, qurğuşunun təsirinin aşağı həddində, məktəbəqədər uşaqların qanında qurğuşunun miqdarı 1 μg/dL-dən 10 μg/dL-dək artdıqda, İQ (intellekt əmsalı) 6 bal azalır. Qanında qurğuşunun miqdarı 10-20 μg/dL olan uşaqlarda, qandakı qurğuşunun miqdarı 1 μg/dL artdıqca İQ əmsalının dörddə birindən yarısınadək azalma baş verir.
Sizin Reklam Yeriniz