Metrodan 162,4 milyon sərnişin istifadə edib
2015-ci ilin yanvar-sentyabr aylarında metro
nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə
olunub. Dövlət Statistika Komitəsindən
verilən məlumata görə, metro nəqliyyatının xidmətindən istifadə
edən sərnişinlərin sayı 3,8 faiz artaraq 162,4 milyon nəfərə
çatıb.