Əlaqə Arxiv
news Image
2012.10.22
17:04
| A A A
Apple ona bir il dayana bildi

Movqe.az xəbər verir ki, "Apple"nin baş bəlası olan, iPhone və iPadləri "qırmaq" üçün istifadə edilən "Jailbreakme" proqramının yaradıcısı Nicholas Allegra "Apple"də staja başlamasından tam bir il sonra işdən qovulub.

Allegra bu xəbəri Twitter hesabında bölüşüb. "Apple"nin Allegranı işdən çıxarmasının səbəbi isə cavab verilməyən bir electron poçt olub. Allegra bildirib ki, "Apple" səbəb göstərərək onunla yollarını ayırıb.

19 yaşılı Allegra hələ 8 yaşında "Visual Basic" adlı proqramı öyrənib. İrəliləyən yaşlarında da hack proqramlarıyla məşğul olub. "Jailbreakme" ilə "Apple"nin diqqətini çəkən Allegra bir il bundan əvvəl avqustda staja başlamışdı.



Sizin Reklam Yeriniz