Əlaqə Arxiv
news Image
2012.10.24
12:08
| A A A
Öz cənazəsinə qatıldı

Movqe.az xəbər verir ki, Braziliyada böyük qardaşının cəsədi səhv təsbit edilməsi nəticəsində öldüyü zənn edilən adam anasının evində təşkil edilən matəm mərasiminə qatılınca bəziləri huşunu itirib, bəziləri qaçıb.

Təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, hadisə Alagoinhas şəhərində baş verib. Böyük qardaş şəhər xəstəxanası meyitxanasında ona göstərilən cəsədi səhvən 41 yaşındakı avtomobil yuyucusu olan qardaşı Gilbertoya bənzədib. 

Ölən adamın qardaşı olduğunu zənn edən Araujo daha sonra cəsədi xristian ənənələrinə görə cənazə mərasimi düzənləyərək anasının evinə aparıb. Evdə cənazə mərasimi keçirildiyi vaxt  küçədə gedərkən gördüyü yoldaşından özü üçün matəm tutulduğunu öyrənən Gilberto vəziyyəti anlamaq üçün anasının evinə gedib.

Cənazə mərasimi üçün hazırlıq görə yaxınlarının öldüyünü düşündükləri Gilbertonu bir anda qarşılarında görməsi evdə böyük qarışıqlıq yaşadıb. Evdəkilərin bəziləri huşunu itirib, bəziləri də qorxudan qaçıblar.

Gilbertonun anası Marina Santana nə olduğunu başa düşəndən sonra jurnalistlərə açıqlamasında: ''İnanılmaz dərəcədə sevinirəm. Ölüm xəbəri alan ana qarşısında övladının ölmədiyini görüncə sevincli olmazmı'' - deyə danışıb.

Sizin Reklam Yeriniz