Əlaqə Arxiv
news Image
2012.10.24
20:01
| A A A
Mahmud Kərimov: “Gənc alimlərə yaşayış binası tikilməsi üçün münasib yer tapa bilmirik”

"Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimləri üçün tikiləcək yaşayış binası ilə bağlı problem həll olunmamış qalıb. Bunun üçün münasib yer tapa bilmirik".

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, bu, bir biznes layihəsinə bənzəyir: "Sahibkar elə təklif almalıdır ki, onu qane etsin. Sahibkar təmənnasız şəkildə bu binanı tikirsə, biz ona bir sahə verməliyik ki, orada öz biznes layihələrini həyata keçirə və qoyduğu vəsaiti buradan çıxara bilsin. Akademiyanın isə belə boş yerləri yoxdur. Ona görə də bu istiqamətdə iş hələlik dayandırılıb. Amma biz yenə də problemin həlli üçün müxtəlif variantlara əl atırıq". 

Sizin Reklam Yeriniz