Əlaqə Arxiv
news Image
2012.10.24
18:28
| A A A
“Apple”nin vitse-prezidenti iPad mini-nin yüksək qiymətə satılmasının səbəbini açıqladı

Movqe.az xəbər verir ki, jurnalistlərin ağıllı cihazın qiyməti nə ilə müəyyənləşdirilir kimi suallarını cavablayan "Apple"nin marketinq üzrə vitse-prezidenti Filipp Şiller bildirib ki, istifadəçilər yeni modeli pul verməyə dəyəcək qədər yaxşı, keyfiyyətli məhsul kimi qəbul edəcəklər. 

Filipp qeyd edib ki, qiymətin baha olması iPad-in digər rəqiblərinin alıcıya təqdim edə bilmədiyi  keyfiyyəti daşıyır. O qeyd edir ki, alıcılar iPad almaqla əslində yüksək keyfiyyəti seçmiş olurlar. 

Reuters agentliyinin məlumatına görə, qiyməti 329- 659 dollar arasında dəyişən yeni iPad bazar üçün gözlənilməz sürpriz oldu. 

Sizin Reklam Yeriniz