"Gələn il daha
da ciddi struktur islahatları aparılacaq. Bütün sahələrdə tam
şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə
bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin
qiymətindən asılılığı aradan götürək".Movqe.az-ın APA-ya
istinadla məlumatına görə, bunu
Azərbaycan prezidenti İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və
eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə
deyib.Dövlət başçısı qeyd edib ki, 2016-cı
il iqtisadi cəhətdən asan il olmayacaq: "Biz bunu bilməliyik. Ancaq
elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək.
Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf
edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem
olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və
çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa
yol verməyək. Bizim indi gəlirlərimiz çox ciddi şəkildə azalıb.
2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə
aşağı düşəcək. Yəni, bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə
azalıb. Ona görə, indiki şəraitdə biz ancaq və ancaq çox düşünülmüş
siyasət, səmərəli iş, yenə də deyirəm, idarəetmə sahəsində aparılan
və aparılacaq islahatlar hesabına öz iqtisadi inkişafımızı təmin
edə bilərik. Bu, iqtisadiyyat üçün bir stress idi. Əlbəttə, bunun
çox böyük mənfi fəsadları var. Amma digər tərəfdən bu, bizim
hamımızı daha da səmərəli işə sövq etməlidir. Hesab edirəm ki,
gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq.
Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat
məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz
2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan
ibarətdir".Prezident İlham Əliyevin
sözlərinə görə, Azərbaycan inamla inkişaf edəcək: "Biz inkişaf yolu
ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona
görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz
ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim
üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları
müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha
da inamla aparıram".